Demərəm

Son güncelleme:
  • Alışıb yansa könül eşqi gülüstana düşüb,
    Gördüyüm hər gözələ dilbəri canan demərəm!

    Oluban hüsnünə mail dəxi şam tək əriyib,
    Sönər olsam bu şirin canıma tərk et demərəm!

    Can alan gözlərində əks olunar eşqin odu,
    Hər sevən aşiqə divaneyi məcnun demərəm!

    Müşkü ənbər saçan o püstəyi ləblərdə inan,
    Kəsili son nəfəsim busələrə bəs demərəm!

    Şair yanar olsan oduna şux gözəlin,
    Qovurulub közərsəm də kül odum demərəm!

    alıntı
0 0 0