Mərhəba

Son güncelleme:
  • Mərhəba, xoş gəldin, ey ruhi rəvanım, mərhəba!
    Ey şəkərləb yari şirin laməkanım, mərhəba!

    Çün ləbi cami cəm oldu nəfxeyi ruhulqudus,
    Ey cəmilim, ey cəmalim, bəhru kanım, mərhəba!

    Könlümə heç səndən özgə nəsnə layiq görmədim,
    Surətim, əqlim, uqulim, cismu canım, mərhəba!

    Ey mələk surətli dilbər, can fədadır yoluna,
    Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!

    Gəldi yarım naz ilə, sordu, Nəsimi necəsən?
    Mərhəba, xoş gəldin, ey xırda dəhanım, mərhəba!

    I. Nəsimi

    alıntı
0 0 0