Tüstülər

Son güncelleme: 21.04.2014 15:12
  • Uzaqdan tüstü qalxsa,
    Müsafirlər, yolçular
    Düşünərlər o yerdə
    Ya şəhər var, ya kənd var.
    Tüstü qalxdığı yerin
    Qanadıdır, qoludur,
    Tüstü elin, obanın,
    Şənliyin timsalıdır.
    Bircə dəfə qalxmasa
    Tüstülər kəndimizdən,
    Yayın qızmar günündə
    Üşüyərəm inan mən.
    Bizim qonşu evlərin
    Burulan tüstüsünü
    Bayırda axşam, səhər
    Üz-gözümə yayıbdır
    Sərin, soyuq küləklər.
    Yanağımdan yaş axıb
    Süzülüb gilə-gilə.
    Mən axan göz yaşımı
    Əlimin arxasıyla
    Silmişəm gülə-gülə.
    Kəndimizdə evlər var
    Körpələrin gülüşü
    Yurd salıb qucağında.
    Kəndimizdə evlər var
    Göylərə nur çiləyir
    Gecə zülmət çağında.
    Kəndimizdə ev də var
    Kəndimin kədəridir,
    Kəndimizdə ev də var
    Neçə ildən bəridir
    Bacaları tüstüsüz,
    Qapıları bağlıdır,
    Çalın-çarpaz dağlıdır.
    Kəndimizdə ev də var
    Qapısının dəstəyi
    Nə vaxtandır pas tutub,
    Qəmə batıb, yas tutub.
    Kəndimizdə ev də var
    Hərbin uğursuz yeli
    Üzərindən əsibdir,
    Cəbhələrdə partlayan
    Bombaların tüstüsü
    Tüstüsünü kəsibdir.
    Yana-yana baxanda
    Bu tüstüsüz evlərə,
    Başımdan tüstü qalxır
    Gündə azı min kərə.
    Göz yaşardan tüstüdən
    Mən incik olmamışam.
    Deyirəm, bu tüstülər
    Yaşartsın gözlərimi
    Təki hərbin o mənhus.
    Qara yeli əsməsin.
    Bombaların tüstüsü
    Bu tüstülü evlərin
    Tüstüsünü kəsməsin.

    Müəllif: Ənvər Rza.

    alıntı
#21.04.2014 15:12 0 0 0
  • Tüstülər Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.