Ledi Qaqa dişsiz qalıb. Onu heç kim döyməyib, heç dişini sındırmayıb.
28 yaşlı Qaqa özünün "Tvitter” mikrobloqunda əlində oyuncaq meymun ilə "selfi” çəkdirib.
Şəkildə müğənni çox gəmgin üz ifadəsində görünür. Qaqa şəkilin üzərində yazıb ki, cərrah onun ağıl dişini çıxarıb.
İndi onun özünə gəlməsi üçün zaman lazımdır ki, o dünya turuna başlasın.
"Yanaqlarım burunduk yanaqlarına oxşayır. Turnedən əvvəl ağıl dişimi çəkdirdim. Yemək yeyə bilmirəm.
Yeməyi blenderdə əzəcəm”,-deyə müğənni şəkilin altında qeyd edib.