zərbaycan səhnəsinin qlamur müğənnisi Nura Suri dostlarını ətrafına yığıb ad gününü qeyd edib. Paytaxt restoranlarından birində doğmalarını toplayaraq əməlli-başlı parti keçirib. İfaçı sənət yoldaşları ilə gecə boyunca rəqs edib, mahnı oxuyub.
Doğum günündə müğənnilər Samir Cavadzadə, Ceyla, Samirə Allahverdiyeva, Elnur, İlhamə Qasımova, Elnarə və s. iştirak edib. Nura şad günündə media nümayəndələrini də yaddan çıxartmayıb, onları da ətrafına yığıb. Ad günündə hər kəsi maraqlandıran ancaq bir sual olub "Nuranın neçə yaşı tamam olur?". Bədən quruluşu və cazibədarlığı ilə diqqət mərkəzində olan N. Suri özünü daxilən neçə yaşda hiss edirsə elə o yaşında olduğunu deyib.
Ötən ay klip təqdimatını keçirən və hər kəsi başına toplayan ifaçı bu dəfə təqdimatda iştirak edə bilməyənləri dəvət edib. Nura bildirib ki, İlhamə Qasımova klip təqdimatı zamanı xarici ölkədə olub, məhz bu səbəbdən bu dəfə xoş günündə onu da görmək istəyib.
Nura Suri doğum günündə özünə 3 ən vacib arzusunu bildirib. Müğənni ilk növbədə xoşbəxt olmaq, valideyinlərinin, övladlarının sağlamlığını, daha sonra isə pis insanlardan uzaq olmasını istəyib