Dünya ulduzları arasında ilk sıralarda dayanan məşhur müğənni Beyons istirahətə yollanıb. İfaçı həyat yoldaşı və qızı ilə birlikdə Dominikan Respublikasına üz tutub. "Mrs. Carter Show" adlı konsert proqramları ilə dünya turunu yeni başa vuran Beyonsun istirahətə çox ehtiyacı var. Cütlük istirahət etmək üçün böyük bir ərazini götürüb.
Şəxsi çimərliyində istirahətə üstünlük verən Beyons qolf oynamağa da vaxt ayırıb. İfaçı sevimli oyununu oynayarkən həyat yoldaşı onu kameraya görüntüləyib. 32 yaşlı müğənni istirahət zamanı çəkilən şəkilləri İnstaqram səhifəsində minlərlə izləyicisi ilə paylaşıb.
Xatırladaq ki, mart ayının 27-də Lissabonda Beyonsun sonuncu konsert proqramı keçirilib. İfaçı çıxışı zamanı zala toplaşan yüzlərlə pərəstişkarına minnətdarlığını bildirib. Pop ulduz o dərəcədə kədərlənib ki, hətta göz yaşlarını da gizlədə bilməyib. Bundan əlavə olaraq ifaçı konsertə təşrif buyuran insanlara üzünü tutub fikirlərini bildirib: "Bilməyənlər üçün deyim ki, bu gün sonuncu, yəni 132-ci konsertimdir. Çıxışlara bir il öncə başladım, bu, mənim üçün heyrətamiz turne oldu. Övladım hələ gəzə bilməyəndə mən ilk çıxışımı etdim, buna baxmayaraq gücümü, həm sizə, həm də ailəmə ayırmağı bacardım. Sizin hər birinizə ayrılıqda təşəkkürümü bildirirəm və mənim çox xoşbəxt olduğumu bilməyinizi istəyirəm".