Tərzinizi düzgün seçin

Son güncelleme: 22.04.2014 15:35
  • İmicmeykerə həm psixoloq, həm vizajist, həm sosioloq, həm xoreoqraf, həm reklamçı, həm rejissor peşələri kömək edir. Onlar öz işlərində peşəkardırlar! Bəs biz özümüz daha düzgün olanı necə müəyyən etməliyik? İlk öncə hər şey özünü tərbiyədən başlayır. Özü üzərində işləmək, bizi əhatə edən insanların baxışlarını düzgün qiymətləndirmək, öz ideyalarımıza və ətrafdakılara təsir etmə gücünə sahib olmaq, daima axtarışda olmaq və təfəkkürün gücü ilə dünyanı dəyişmək lazımdır.

    noimage
    Bəzən deyirlər ki, insanın daxili aləmi - mənəviyyatı necədirsə, bu, onun geyimlərində özünü göstərir. Bu, doğru fikir olsa belə istisnalar da mövcuddur. Çox təmiz ürəyə sahib olan biri zövqsüz geyinə bilər və ya əksinə. Ona görə də ilk baxışdan qərar verməyə tələsməyin.

    İmic aldatmaq demək deyil! Hər birimizin mənfi və müsbət tərəfləri var və hər birimiz özümüzü yaxşı tərəflərimizlə təqdim etmək istəyirik. Bunu təkcə xoşa gəlməkdən ötrü etmirik, özümüzə də komfort yaratmaqdan ötrü edirik. Mənfi tərəfləri gizlətmək və cəmiyyətdə daha yaxşı insan portreti yaratmaq məgər pisdirmi?

    "Bütün həyat teatrdır, hər bir qadın və kişi aktyordur və onlar öz rollarını oynayırlar" - bu, Şekspirin müəyyən bir tərz yaradan zaman dediyi cümlədir. Bunu yazıldığı kimi başa düşməyin. Əgər siz işdəsinizsə, fikirləriniz yalnız gördüyünüz işə yönəlmiş olmalıdır, siz təcili toplantılara hazır olmalı, bacarığınızı nümayiş etdirməyi bacarmalı, fikirləriniz dəqiq olmalı, hövsələli, təmkinli olmalı, cəld qərar verməyi bacarmalısınız. Bu cür davranışlar dostlarınızın yanında yersiz olacaq, bu zaman daha sərbəst olamaq, uzanmaq, əylənmək, təbiətdən və ya dənizdən zövq almaq istəyirsiniz.

    alıntı
#22.04.2014 15:35 0 0 0