Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 59 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Günahdır ha
Günahdır ha
141
Son güncelleme: 23.04.2014 14:38
BiR-DOST
Ömrü gödək bir çəpərə
Barı demək günahdır ha!
Laləyə ağ, bənövşəyə
Sarı demək günahdır ha!
Bir məbəddir eşqin adı,
Çox nadanı eşq qınadı.
Hər atəşə eşqin odu,
Qoru demək günahdır ha!
Sözü söylə söz qanana
Çəkilməsin söz qınına.
Gül üstünə hər qonana
Arı demək günahdır ha!
Çox borcluyuq biz əllərə,
İllər salar iz əllərə.
Yaşı ötmüş gözəllərə
Qarı demək günahdır ha!
Boran isti, ocaq sərin,
Dərə hündür, təpə dərin.
Hər ağ saça zirvələrin
Qarı demək günahdır ha!
Müəllif: Ənvər Rza
alıntı
#23.04.2014 14:38
0
0
0
Günahdır ha Konusuna Benzer Konular
Hasibe Eren
23.03.2009
Runtime Error Hatasının Çözümü - C++ Hatası
23.03.2009
Hasret
03.03.2004
Sars hastaligi hakkinda bilgiler
03.03.2004
FB-GS macinin hasilati
03.03.2004
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası