Elə bildin asandı

Son güncelleme: 23.04.2014 14:43
  • Yar üzünə baxmamaq ,
    Qəlbdən qəlbə axmamaq,
    Səni xəbər almamaq,
    Elə bildin asandır?

    Yarə gedirəm demək,
    Yada sevirəm demək,
    Sag ikən yüz yol ölmək,
    Elə bildin asandır?

    Bu dünyaya dost demək,
    Ağlayan qəlblə gülmək,
    Yaxınkən uzaq gəzmək,
    Elə bildin asandı?

    Diriykən ruhən ölmək,
    Zamana lənət demək,
    Sevdalıykən sevməmək,
    Elə bildin asandı?

    Hicran şərbətin dadmaq,
    Tənha qurd tək yaşamaq,
    Taleyinlə barışmaq,
    Elə bildin asandır?

    Sənlə üzbə üz gəlmək,,
    Yanından ötüb keçmək
    Guya görmədim demək,
    Elə bildin asandı?

    alıntı
#23.04.2014 14:43 0 0 0