Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 59 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Ölürsən
Ölürsən
130
Son güncelleme: 23.04.2014 14:52
BiR-DOST
Pillə pillə, düşə düşə gözümdən,
Günü gündən, bil gözümdə ölürsən.
Od almadın sevgi adlı közümdən,
Külə dönüb, bil közümdə ölürsən.
Sənsiz olar halım, günüm vay bildin,
Nə bir hörmət, nə ehtiram, say bildin,
Sən özünü Ulduz bildin, Ay bildin,
Günəş çıxır, göy üzümdə ölürsən.
Can söylədim, acı şirin sözünə,
Bilmədin heç doğmalığın özü nə,
Bax deyirəm, indi eşit özünə,
Adın düşür, bil sözümdə ölürsən.
Pillə pillə, düşə düşə gözümdə,
Bu düşüşdən söndü odum, közüm də,
Sevgin ilə yaşayırdın özümdə,
Sevgin ölür, bil özümdə ölürsən.
alıntı
#23.04.2014 14:52
0
0
0
Ölürsən Konusuna Benzer Konular
Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası