Yumurta qabığı üzərində bu cür mötəşəm naxışlar yaratmaq mümkünsüz kimi görünür. Lakin bunun da peşəkarları var. Rəssam Diensen, LeMaster və Bravan Beyti bu işin peşəkarlarındandır.
O qədər kövrək materialın üzərinə bu cür naxışlar vurmaq böyük səbir və bacarıq tələb edir. Bunun üçün əvvəlcə onlar yumurtanin içini çıxarır və qabığını qurudurlar.
Mürəkkəb kompozisiyalar hazırlamaq üçün dəvəquşu yumurtasından, sadələri üçün isə toyuq və ördək yumurtalarından istifadə edirlər.