Öskürək-bir çox, bəzən də ağciyərlə bağlı olmayan xəstəliklərin simptomudur. Həkimə müraciət edəndə əbəs yerə öskürəklə bağlı xeyli sual vermir ki? O, öskürəyin quru, yaxud xışıltılı, bəlğəmli, ya bəlğəmsiz, daimi, yaxud tutma formasında, gecə və ya sutka boyu olduğunu öyrənir. Bəs öskürək bizə nədən xəbər verir?
Günahkar infeksiyadır və öskürəyə daha çox bronx-ağciyər sistemindəki virusla və ya bakterial infeksiya səbəb olur. Əgər ösküərk quru, tutma formasında olub, daha çox axşam və gecə narahat edirsə, bu əlamətlər boğazın iltihabına-faringitə işarədir. Belə öskürəyi aerozol antibiotik, sprey, mampası, ot məhlulu və dəmləmə ilə müalicə etmək məsləhətdir.
Közərən infeksiya
Daimi tək-tük öskürmə postnazal axma sindromunun əlaməti ola bilər. Yəni burun boşluqdarındakı xroniki infeksiya ocağından davamlı olaraq az miqdarda selikli möhtəviyyat axır. O, udlağın arxa divarı ilə axdığından yad cisim kimi ireaksiya doğurur. Xroniki infeksiyadan necə qurtulmaq barədə həkimlə məstləhətləşin.
Bronxit və Traxeit
İnfeksiya traxeya və bronxlar nahiyəsinə düşdükdə öskürəyin xarakteri dəyişir. İnsan tutma formasında sutka boyu, bəlğəmli öskürməyə başlayır. Bəlğəm nə qədər yüngül qopursa, xəstənin vəziyyəti bir o qədər yüngülləşir. Bronxit və traxeit həkim nəzarəti altında, bəlğəmgətirici vasitələrin və antibiotiklərin tətbiqi ilə müalicə olunmalıdır.