İnsanın ən yaxın adamları islə daha ciddi münasibət saxlamalı, arada daha palın pərdələr tutmalıdır ki, o səmimiyyət, o sevgi aşınmasın, dadını, rəngini, təravətini itirməsin. Bu mənada evdə ən yaxın dostumuz, heç şübhəsiz, həyat yoldaşınızdır. Bəlkə də, deyilişdə bir qədər qəribə səslənir, ancaq heç bu haqda düşünümüsünüzmü ki, həyat yoldaşınız bu həyatda sizin ən yaxın adamınızdır. Bəlkə elə, həyat yoldaş ifadəsi də bor ömrün qayğısını, yükünü, ağrı-acısını, sevincini bölüşdüyünüzü üçündür.
Hər şey sevfi müstəvisində həll olunmur bəzən. 20 ildən sonra o təravətli sevgi səmimiyyətlə, qarşılıqlı hörtmətlə dəstəklənməsə, insanını bir-birinə ehtiyac hissi baş qaldırmasa, təbii ki müvazinətini saxlaya bilməz.
Bu mənada dostluğun şərtlərinə düzgün əməl etmək lazımdır. Həyat yoldaşı məsələsi əslində öz mahiyyətində çox böyük mətləbləri əhatə edir. Bir alimin də buyurduğu kimi, "İnsan həyat yoldaşına əmaanət kimi baxmalıdır. Sanki ALLAH onu sənə öz əli ilə təhvil verib və bir gün ona qarşı necə davrandığına görə səni sorğu-suala çəkəcək”. Bəli, əxlaqımızda həyat yoldaşı lə münasibətlərin müstəvisi budur.
Təbii ki, bu səmimiyyət sevgi ilə, dostluqla, qarşılıqlı fədakarlıqla dəstəklənəndə o ailə bir cənnət guşəsinə çevrilir. Əgər ailədə tərəflər bir-birlərinə qarşılıqlı hörmət edirlərsə, onda özünə çay süzmək, yerə tökülən zibili təmizləmək də ayıb deyil. Əslinə qalanda bunlar heç qadının birbaşa vəzifəis də deyil. Ancaq qəbul olunmuş qaydalara görə, Bu məsələ qadının görəcəyi işlər sayılır.
Qarşılıqlı fədakarlıq tərəflərin bir-birlərinə dəstək olmalarını tələb edir. Tutaq ki, evin xanımı xəstədir və yatağından qalxa bilmir. Ona bir stəkan çay süzmək kişi üçün əskiklik deyil?Əksinə, kişi bu işi sevə-sevə yerinə yetirərək, öz səmimiyyətini, qayğısını sübut edir.
Bəli, bir adamla hər səhər, hər axşam üz-üzə gəlirsənsə, deməli, ilk növbədə, səmimi münasibətlər qurmağa dost olmağa çalışmalısan.