İnsan dünyaya təmiz,saf məxluq kimi göz açır. İlk nəfəsindən həyatın məngənəsi öz işini görür. Kimisi sevimli, kimisi lazım olmayan, kimisi işgəncələr gözləyən həyatla yaşamalı olur. Talelər göydən gəlir. Şübhə yoxdur. Ancaq bəzən həyat öz qəti, amansız qanunlarını da işə salır. Kimi dözür saflaşır, kimi sınır qatlaşır. Yüngül yol axtarır və ordaca şeytan, iblis əməlləri ilə, oyunları ilə yaşamağa çalışır. Doğruluq yalançılığa, ədalət, iradə yaltaqlığa qurban verilir... Bu mövzuya qayıdacağıq. Ağ-qara dünyadır. Bu gün yaltaqlıqdan danışmağı vacib bilirəm.
Bu xəstəlikdirmi, irsidirmi, keçicidirmi? Anlamaq olmur.
İradəsiz insanlar və ya iblis əsgərləri
Orta məktəbin aşağı siniflərində oxuyanda birdən sanki ayıldım. O vaxta qədər insanı alçaldan, əyən, özgələrin gözündən salan yaltaqlığın nə olduğunu anlamırdım. Bu hadisə baş verəndən sonra dünyanın mən fikirləşdiyim qədər təmiz olduğuna şübhələrim oyandı. Sinfimizdə rütbəli şəxsin övladı oxuyurdu. Bir müəllim nədənsə başladı bunu yerli-yersiz tərifləməyə. Hansı ki ev tapşırıqlarını bizdən köçürürdü. Nə isə, bir dəfə atası sinfə gəlmişdi. Müəllimin əlacı olsaydı valideynin ayaqqabısından öpərdi. Düzü hamı bir-birinin üzünə baxırdı. Belə anladıq ki, sinfimiz bir yanadır, rütbəli oğlu bir yana. Gəldim evdə atama danışdım. Güldü. "Çalış elə müəllimlərə oxşama"-dedi. Uşaq idim, ağlım nə kəsirdi.Bir müddət keçdi bizim "müəllim"rayon maarif şöbəsinə təlimatçı getdi. Onuncu sinifdə oxuyurdum bu oyunların mənasını anlayanda.
Yaltaqlıq insanı sap edib iynə gözündən keçirir, toz edib heç nə edir, bəzən gülüş, bəzən heyrət yaradır.Hərdən də insanların gözündə yazıq edir. Hələ də gözümün qabağındadır o hadisə. Bir dəfə tələbə vaxtı Moskvadan evə gəlirdim. Rayondan kəndimizə gedən avtobusda həmin keçmiş müəllimi gördüm. Sadəcə salam verib, yüngülcə halını soruşdum... Sonra sözüm olmadı danışmağa.
Yaltaqlığın bir növü də var. O qorxudan yaranır. "Kəlilə və Dimnə" qədim kitabdır. Bəydəbanın yaşadığı zaman haqqında bir çox mübahisələr olsa da kitabın Depşelem adlı bir hind hökmdarı zamanında yazıldığı düşünülməkdədir. Belə ki əsərin hökmdara ittihaf edildiyi və hökmdara məsləhət və nəsiyyət səciyyəsi daşıdığı fikri mövcuddur. Təmsillərin ilk və ən önəmli nümayəndələrindən olan Kəlilə və Dimnədəki hekayələr siyasətdən xeyirxahlığa qədər bir çox fərqli mövzunu özündə birləşdirmişdir. Əsər adını ilk bölümündəki bir hekayənin qəhrəmanları olan iki çaqqaldan almışdır - "doğrunun və dürüstlüyün" simvolu "Kəlilə" ilə "yanlışın və yalanın" simvolu "Dimnə". Kitabda hekayələr Min bir gecə nağıllarında olduğu kimi bir-biriylə əlaqəli və qarışmış hekayələrdən ibarətdir. Beş fəsli və bir girişi vardır. Hər fəsildə bir əsas hekayə, onun içində də kiçik hikayələr, nəzm şəklində nəsihətlər vardır. Hekayənin yazılış məqsədi Mehapur hökmdarının tənbəl üç şahzadəsini doğru yola yönəltməkdir (İnternetdən götürülüb bu hissə. Dəqiqliyi üçün).
Yaltaqlıqla yalançılığı əlaqələndirsək, səhv etmərik. Həmin kitabda Dimnə yaltaqlıq və yalançılıqla Kəliləni gözdən salmaqla,hökmdara qarşı öz xəyanəti gizlətmək istəyir. Çox maraqlı, həyati kitabdır. Bir şeyi unutmayaq, yaltaqlar dünyada ən tez fikirlərini, mövqelərini dəyişirlər. Mərd düşmən onlardan yaxşıdır.
Yaltaqlardan dəyəcək ox.
Ürəyimin parası qış
Acı dillər ucbatından.
Bir yanında güllər açmış,
Dünya gülər büsatından.
Nə oldusa "keçər"- deyib,
Ürəklərdə saflıq gördük.
Hər göyçəyi mələk sanıb,
Sevgimizi quban verdik.
Yaxın sanıb könlümüzə,
Sevinclərə şərik etdik.
Hey güldülər üzümüzə,
Yalan sözə qurban getdik.
Sirdaş olan kədəri yox,
Sevinci də bölsün gərək.
Yaltaqlardan dəyəcək ox,
Kənar dolan, vermə ürək!
İncimirəm dostdan,vallah,
Kimə lazım özgə qəmi?
Kərəminə şükür Allah,
Alma kağız-qələmimi!
Onlar bölər sirlərimi!
Brest 25.07.2010
Bu şeirim bir neçə il əvvəl yay axşamı ürəyimə gəldi. Yaltaqlar dərin anlaşılmaz bir hissiyətə malikdirlər. İnsan qəlbinə girməyi,onun ağrılı hisslərini duymağı bacarırlar. Gah mələk libasında, gah xeyirxahlıq donunda öz bəd əməllərini yeridirlər. Əziz insanları düşmən etmək əllərində bir içim sudur. Yaltaqlığın son hədəfi öz istəyinə çatmaqdır. Yaltaqlar şeytan quludurlar,iblis əsgəridirlər.
Bir məsələ də var ki ,mənən zəif, qürur çatışmazlığı olan bəndələr yaltaqlar üçün həyat mənbəyinə çevrilirlər. Bircə tərif üçün hər şeyə hazırdırlar. Müassir sosial şəbəkələri oxuyanda, şərhləri gözdən keçirəndə bu iki tərəfin (tərif gözləyənin və yaltağın) necə bir-birinə "məhəbbəti" olduğuna "heyran qalırsan." Cəmiyyət, insanlar qürurlarını itirərək "yaltaqlıq" xəstəliyi ilə yaşamağı üstün tuturlar.
İblis
Gözünü yaxşı aç, ey insan oğlu.
İblisdən kənar qaç, günah eyləmə!
Olma şirin dilin, tərifin qulu,
Qəlbinə yalanı qonaq eyləmə!
Niyə gözlərini bağlayır Tanrı,
Tamahın nökəri, inadkar insan!?
Haqqın boğazına zəncir bağlayıb.
Nahaqqa kölə tək bağışlayırsan!?
İblis ürəyinə hardan yol tapıb.
Niyə pis əməli qılınc edirsən?
Şeytan qarşısında təlxəklik edib
Adını dünyada gülünc edirsən!
Unutma quş kimi uçub göylərə
Əməllər dünyanı dolaşır gəlir.
Saxla xatirində, sən büdrəyəndə.
Dostlar xiffətlənir, düşmənlər gülür!
22:02ulvi letifli salam axsaminiz xeyir 22:01Rəvanə HAMIYA SALAMLAR EN ESASI DOSTLARIMA 20:58Narın Mən bu həyatda bir çox səhvlər edib acısını 20:58Narın çəkdim, hər acı çəkdiyimdə yanımda oldun. 20:58Narın Tək bir doğru iş gördüm oda sənə bütün qəlbimlə 20:58Narın güvəndim peşmanda deyiləm. Amma yenə böyük bir səhv etdim 20:57Narın o səhvimə görə sən məni bağışlamırsan(((. Çox peşmanam ((( 20:14Nezrin ALLAH CUMLEMIZDEN RAZI OLSUN Leman xanim sizde sagolun 20:10Ləman_ Cox sagolun Nezrin xanim Allah razi olsun 19:22Nezrin ALEYKUM SALAM Leman xanim bahem
İradəsiz insanlar və ya iblis əsgərləri
Ilham İdrisoğlu
İnsan dünyaya təmiz,saf məxluq kimi göz açır. İlk nəfəsindən həyatın məngənəsi öz işini görür. Kimisi sevimli, kimisi lazım olmayan, kimisi işgəncələr gözləyən həyatla yaşamalı olur. Talelər göydən gəlir. Şübhə yoxdur. Ancaq bəzən həyat öz qəti, amansız qanunlarını da işə salır. Kimi dözür saflaşır, kimi sınır qatlaşır. Yüngül yol axtarır və ordaca şeytan, iblis əməlləri ilə, oyunları ilə yaşamağa çalışır. Doğruluq yalançılığa, ədalət, iradə yaltaqlığa qurban verilir... Bu mövzuya qayıdacağıq. Ağ-qara dünyadır. Bu gün yaltaqlıqdan danışmağı vacib bilirəm.
Bu xəstəlikdirmi, irsidirmi, keçicidirmi? Anlamaq olmur.
İradəsiz insanlar və ya iblis əsgərləri
Orta məktəbin aşağı siniflərində oxuyanda birdən sanki ayıldım. O vaxta qədər insanı alçaldan, əyən, özgələrin gözündən salan yaltaqlığın nə olduğunu anlamırdım. Bu hadisə baş verəndən sonra dünyanın mən fikirləşdiyim qədər təmiz olduğuna şübhələrim oyandı. Sinfimizdə rütbəli şəxsin övladı oxuyurdu. Bir müəllim nədənsə başladı bunu yerli-yersiz tərifləməyə. Hansı ki ev tapşırıqlarını bizdən köçürürdü. Nə isə, bir dəfə atası sinfə gəlmişdi. Müəllimin əlacı olsaydı valideynin ayaqqabısından öpərdi. Düzü hamı bir-birinin üzünə baxırdı. Belə anladıq ki, sinfimiz bir yanadır, rütbəli oğlu bir yana. Gəldim evdə atama danışdım. Güldü. "Çalış elə müəllimlərə oxşama"-dedi. Uşaq idim, ağlım nə kəsirdi.Bir müddət keçdi bizim "müəllim"rayon maarif şöbəsinə təlimatçı getdi. Onuncu sinifdə oxuyurdum bu oyunların mənasını anlayanda.
Yaltaqlıq insanı sap edib iynə gözündən keçirir, toz edib heç nə edir, bəzən gülüş, bəzən heyrət yaradır.Hərdən də insanların gözündə yazıq edir. Hələ də gözümün qabağındadır o hadisə. Bir dəfə tələbə vaxtı Moskvadan evə gəlirdim. Rayondan kəndimizə gedən avtobusda həmin keçmiş müəllimi gördüm. Sadəcə salam verib, yüngülcə halını soruşdum... Sonra sözüm olmadı danışmağa.
Yaltaqlığın bir növü də var. O qorxudan yaranır. "Kəlilə və Dimnə" qədim kitabdır. Bəydəbanın yaşadığı zaman haqqında bir çox mübahisələr olsa da kitabın Depşelem adlı bir hind hökmdarı zamanında yazıldığı düşünülməkdədir. Belə ki əsərin hökmdara ittihaf edildiyi və hökmdara məsləhət və nəsiyyət səciyyəsi daşıdığı fikri mövcuddur. Təmsillərin ilk və ən önəmli nümayəndələrindən olan Kəlilə və Dimnədəki hekayələr siyasətdən xeyirxahlığa qədər bir çox fərqli mövzunu özündə birləşdirmişdir. Əsər adını ilk bölümündəki bir hekayənin qəhrəmanları olan iki çaqqaldan almışdır - "doğrunun və dürüstlüyün" simvolu "Kəlilə" ilə "yanlışın və yalanın" simvolu "Dimnə". Kitabda hekayələr Min bir gecə nağıllarında olduğu kimi bir-biriylə əlaqəli və qarışmış hekayələrdən ibarətdir. Beş fəsli və bir girişi vardır. Hər fəsildə bir əsas hekayə, onun içində də kiçik hikayələr, nəzm şəklində nəsihətlər vardır. Hekayənin yazılış məqsədi Mehapur hökmdarının tənbəl üç şahzadəsini doğru yola yönəltməkdir (İnternetdən götürülüb bu hissə. Dəqiqliyi üçün).
Yaltaqlıqla yalançılığı əlaqələndirsək, səhv etmərik. Həmin kitabda Dimnə yaltaqlıq və yalançılıqla Kəliləni gözdən salmaqla,hökmdara qarşı öz xəyanəti gizlətmək istəyir. Çox maraqlı, həyati kitabdır. Bir şeyi unutmayaq, yaltaqlar dünyada ən tez fikirlərini, mövqelərini dəyişirlər. Mərd düşmən onlardan yaxşıdır.
İradəsiz insanlar və ya iblis əsgərləri
Yaltaqlardan dəyəcək ox...