İllər keçdikcə insanlığı parçalayan, cəmiyyəti bir-birinə qatan, yaxşını lilli su kimi çirkə döndərən, dostları düşmən edən, düşmənləri müvəqqəti dost edən bu dünyəvi xəstəliyin vurduğu zərbələri daha dərindən duyursan. Şükür bizi Yaradana ki, qoruyub dünyamızı, ürəyimizi. Hələ ki təmiz, saf bacı və qardaşlarımız var. Yaşamağa dəyər.
Bir alovdur, baxmır yaşa, quruya,
Bulayır, qatır lili duruya.
İdrisoğlu, o dillər ki, quruya.
Gülüstanı kül eyləyən od olsun!
Qoruyun mənəviyyatınızı! Sonra gec olur... Hər şey gəldi-gedərdir. Təmiz ya da çirkin adınız qalacaq dünyada.