Bir gün ürəyimə doldu ağrılar

Son güncelleme: 03.05.2014 22:00
  • Bir gün ürəyimə doldu ağrılar,
    Dar gəldi bu həyat kainat mənə.
    Ümid işığına döndü arzular,
    Ölüm əl uzatdı çox rahat mənə!

    Soruşdum: “A dostum, niyə gəlmisən?
    Bu qəfil gəlişdən, de, qəsdin nədir?
    Düzü, xoşum gələr, özün gəlməsən,
    Məni görmək üçün tələsdin nədir?”

    Dişləri ağardı, sözümə güldü,
    Təsəlli vermədi, can alandı o.
    İblis sifətiylə üzümə güldü,
    İnsan əzabından kam alandı o!

    Bu an gözlərimə güldü xəyalın,
    Uzağa qaçırdın ölümü, gülüm!
    Dincəldi ürəyim, dəyişdi halım,
    Qayıdıb yanına gəlimmi, gülüm!

    alıntı
#03.05.2014 22:00 0 0 0