Rəcəb ayının özünə məxsus duası

Son güncelleme: 03.05.2014 22:23
  • Ey bütün xeyir işlərdə ümid bəslədiyim, bütün şər işlərdə əzabından amanda qaldığım! Ey az (əməl) müqabilində çox (savab) əta edən! Ey tələb edənlərə (istəklərini) verən və tələb etməyən və Səni tanımayanlara belə Öz rəhmətinə və mehribanlığına görə (ehtiyaclarını) əta edən! Bütün dünyanın və axirətin xeyirlərini Səndən istəyirəm, əta et! Bütün dünya və axirət şərlərini məndən uzaqlaşdır! Sən nə qədər əta etsən də (fəzl və kəramətin) azalmaz! Ey kəraməti bol olan Allah! Öz fəzlinə xatir (nemətlərini) mənim üçün artır.

    Ey cah-cəlal, kəramət, nemətlər, səxavət, minnət və güc-qüvvət sahibi! Saqqalımı (cəhənnəm) atəşinə haram et (məni cəhənnəm atəşindən qoru).

    Ərəbcə: Ya mən ərcuhu likulli xəyr, və amənu səxətəhu ində kulli şərr! Ya mənyutil kəsirə bil-qalil! Ya mən yuti mən səələh! Ya mən yuti mən ləmyəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhməh! Ətini biməsələti iyyakə cəm

    iə xəyrid-dünya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril-axirəh, fə-innəhu ğəyru mənqusin ma ətəytə və zidni min fəzlikə ya Kərim!

    Ya zəl-cəlali vəl-ikram, ya zən-nəmai vəl-cud, ya zəl-mənni vət-tavl! Hərrim şəybəti alən-nar!

    alıntı
#03.05.2014 22:23 0 0 0