Səni sevdiyimi heç kəsə demə

Son güncelleme:
  • Dərddi, qəmdi amansızdı bu sevgi,
    Xəyal kimi, gümansızdı bu sevgi,
    çox gecikib zamansızdı bu sevgi,
    Səni sevdiyimi heç kəsə demə.

    Versədə həsrətin çəkilməz kədər
    Görsəndə gözümdə misgin qəm qəhər.
    Gizlə ürəyində ölənə qədər
    Səni sevdiyimi heç kəsə demə.

    Yuxularda görüşərik sadəcə,
    Şahid olar bizə qaranlıq gecə,
    Versədə ayrılıq sənə işgəncə,
    Səni sevdiyimi heç kəsə demə.

    Yansın könül qoy odlansın gizlicə,
    Külə dönsün o sonunda beləcə,
    Mücirəddin can verib ölməyincə,
    Səni sevdiyimi heç kəsə demə..

    alıntı
0 0 0