Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 38 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Yasəmənlər niyə belə gec açdı
Yasəmənlər niyə belə gec açdı
169
Son güncelleme: 08.05.2014 20:13
BiR-DOST
Sevənlərə butası var bu yazın,
Yasəmənlər niyə belə gec açdı.
Elə bil ki, xatası var bu yazın,
Yasəmənlər niyə belə gec açdı.
Yaz yağışı yudu çölü-çəməni,
Öz ömrünü başa vurdu səməni,
Hansı çiçək uyudacaq, de, məni,
Yasəmənlər niyə belə gec açdı.
Çiçəklərin tez açanı, öncəsi,
Ən kövrəyi, ən zərifi, incəsi,
Sıralanıb tumurcuğu, qönçəsi,
Yasəmənlər niyə belə gec açdı.
Yaz yetişib bağçalara, bağlara,
Nur qarışıb yaz nəfəsli çağlara.
Çən-duman da köçün çəkdi dağlara,
Yasəmənlər niyə belə gec açdı.
Səhər-axşam izləyən var bu gülü,
Hər bəladan gizləyən var bu gülü,
Nə müddətdi gözləyən var bu gülü,
Yasəmənlər niyə belə gec açdı.
Dağda çoban vida dedi keçəyə,
Salxım söyüd saçın töküb küçəyə,
Alça, ərik bürünübdü çiçəyə,
Yasəmənlər niyə belə gec açdı.
Bahar gəlib xalısını toxuyur,
Sal qayalar çəmən- çiçək qoxuyur.
Qaranquş da nəğməsini oxuyur,
Yasəmənlər niyə belə gec açdı.
Yaz boylanır həm sağında, solunda,
Tumurcuq var qanadında, qolunda,
Gözüm qalıb yasəmənin yolunda,
Yasəmənlər niyə belə gec açdı.
Gələcəkdir, gəlişinə güman var,
Daha yazdı, nə bir çən var, duman var.
Bəlkə bilmir ondan vüsal uman var,
Yasəmənlər niyə belə gec açdı.
MÜƏLLİF:- VAQİF MƏMMƏDOV
alıntı
#08.05.2014 20:13
0
0
0
Yasəmənlər niyə belə gec açdı Konusuna Benzer Konular
Nə olar anacan, qocalma belə
03.07.2012
Donuz əti yemək niyə qadağan edilib
24.11.2009
Niyə kədərlisən
29.11.2009
Belə hərəkətlərlə cazibliğinizi itirməyin
01.12.2009
Niyə kişilərə mesaj göndərilməz
01.12.2009
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası