Mən böyüdüm uşaq olmadan

Son güncelleme: 09.05.2014 00:01
  • Mən uşaq olmadım.
    Oynamadım doya doya,
    Qaçmadım uşaqlar kimi,
    Yıxılmadım.

    Qanamadı dizim,
    Yıxılıb,durmadım uşaqlar kimi.
    Pəncərədən izlədim
    Parka gedən uşaqları,
    Top dalınca qaçanları.
    Pəncərədən izlədim.

    Mən uşaqlıq nədir bilmədim.
    Həyətdə oynamadan,
    Dəcəllik etmədən.
    Günahkar günahkar azar eşitmədən
    Böyüklər acıqlanar deye,

    Qaçıb gizlənmədən
    Ağaca çıxmadan,
    Çıxıb da yıxılmadan,
    Qonşu bağdan meyvə oğurlamadan,

    Həyəcanla qaçıb gizlənmədən,
    Otların üzərinə uzanıb,
    Göyqurşaği izləmədən
    Uşaqlıq nədir bilmədən.

    alıntı
#09.05.2014 00:01 0 0 0