Sabahım olarsanmı

Son güncelleme: 10.05.2014 12:31
  • "Sevirəm"deməyə tələsmə...
    Sevmək asandırmı səncə?
    Bir ömür boyu birlikdə olmağı gözə almaqdır sevmək...
    Sevirəm demək çətin deyil, bilirəm...
    Amma cavab ver - nələrdən kecərsən, nələr edərsən bu sevgi naminə?
    Sabahım olarsanmı?
    Hara getsəm də, harda olsam da yollarımı aydınladan... gecələrimi işıqlandıran... günəşdən öncə qəlbimə dolan...
    Sevincim olarsanmı?
    Darğınlıqlarımı unutduran... dodarlarımı titrədən... gözlərimi güldürən...
    Sirdaşım olarsanmı?
    Qüssəmə ortaq olan... şadlığımı paylaşan... arzularımı qanadlandıran...
    Nağılım olarsanmı?
    Şəhzadələrə döndüyüm... xəyallarımın canlandığı... yuxularımın reallaşdığı...
    Nəğməm olarsanmı?
    Heç bitməyən... tükənməyən... hər zaman məni səsləyən...
    Həyatım olarsanmı?
    Bütün fəsillərin yaz olduğu... güllərin solmadığı... yalanların olmadığı...
    Ümidim olarsanmı?
    Yaşamağı sevdirən... dünyanı gözümdə cənnətə çevirən... məni ruhlandıran...
    Məhəbbətim olarsanmı?
    Bütün varlığımı titrədən... xəyanətlərə vuruşan... həsrətlərə sinə gərən...
    Sevgilim olarsanmı?
    Ürək tutuncayadək, qəlbimiz vuruncayadək, ölüncəyədək sevən...
    Çoxdurmu deyərsən?
    Bir ömür yaşamağa bunlar hələ az deyilmi səncə?

    alıntı
#10.05.2014 12:31 0 0 0