Bilmək istəyirəm varsa bilən desin
kimlər görən bu dünyanı dərk edir?
Kimlər darda yıxılanı tərk edir?
Kimlər üzə saxta gülür?
Kimlər eşqi pulda görür?
Dillər yalana öyrəşib
Elə yalan danışırlar
Haqsızlığı görəni tez
Susdurmağa çalışırlar
Bizi ağlar qoyan həyat
Qoymur nəfəs alaq rahat
Mənasız boş yaşamağdan
Bezib canım.
Allah məni eşidirsə
İstəyimi var qoy bir deyim
Əzrayıla ölməyimin,
Əmrini ver