Mən ağlamayım kimlər ağlasın

Son güncelleme: 11.05.2014 17:21
  • Bil ki, qəm üstündə köklənim tarım,
    Sən idin həyatda olanım, varım,
    Atıb getdin məni vəfasız yarım
    De, mən ağlamayım, kimlər ağlasın?

    Dərdimi söylədim ağladı dağlar,
    Hicran bulaqları hey coşar, çağlar,
    Günlərdir hicranın qəlbimi dağlar
    De, mən ağlamayım, kimlər ağlasın?

    Ulduza söyləsəm günəş tək yanar,
    Dovşanlar halıma acıyar, yanar,
    Bu dərdi div çəksə qəlbi dayanar
    De, mən ağlamayım, kimlər ağlasın?

    alıntı
#11.05.2014 17:21 0 0 0