Uşağınızın kitab oxumağını istəyirsinizsə bunlara diqqət edin :
- Oxuyan valideynler olmalısınız.Uşağınız sizi televizor ve ya kompyuter arxasında yox kitab oxuyarkən görməlidir.Onun etməsini istədiyinizi əvvəlcə özünüz etməlisiniz.
- Kitab almağa uşağınızla birgə gedin.Onun kitabları incələməyə vaxt verin,səbirli olun.Sadəcə sizin bəyəndiyinizi yox onunda marağını cəlb edəcək kitablar alın.
- Günün müəyyən saatlarını kitab oxumaq saatı olaraq ayırın.Siz ve uşağınız o saatda mütləq kitab oxuyun.
- Aldığınız kitabın hər zaman dərslərlə bağlı olmasi məcburiyyəti yoxdur.Uşağınızı əyləndirən və onun xəyal dünyasını genişləndirən kitablar oxumağına da icazə verin.
- Başqa dillərde yazılmış kitabların tərcümələrini də oxumağa çalışın.Bu uşağınızı başqa mədəniyyətlərden agah edər.Diqqət etməlisiniz ki,tərcüme yaxşı olsun.
- Şəkilli kitablar almaq daha uğurlu seçimdir.Uşaqlar yazılardan əvvəl şəkilləri oxuyur
- Aldığınız kitabın uşağınızın marağını cəlb etməsi çox vacibdir.Onun marağını cəlb etməyən kitablar almayın,onu elə kitablar oxumağa məcbur etməyin.Əks halda kitablara qarşı marağını itirə bilər
- Aldığınız kitabın dili və üslubuna diqqət edin.Sadə və başa düşəcəyi tərzdı olmasına çalışın