Hababam Sınıfının Mahmud Hocası Ölməyib

Son güncelleme: 11.05.2014 18:11
  • Türkiyənin məşhur "Yeşilçam" kino studiyasının əfsanə aktyorlarından olan Münir Özkulun dünyasını dəyişdiyi haqda xəbərin yalan olduğu ortaya çıxdı.

    Aktyorun qızı Güner Özkul atasının öldüyü ilə bağlı xəbərlərə “Twitter”dən münasibət bildirib.

    “Əgər yorulmadan hər gün “Münir Özkul öldü” kimi xəbərləri versəniz, bir gün həmin xəbər doğru olacaq.
    Çünki hər kəs bir gün öləcək. Siz belə... Amma atam hələ ölmədi, yaşayır. Sizin xəbərinizə rəğmən, sizə inad yaşayır”.

    Qeyd edək ki, Türkiyənin ən çox baxılan filmlərindən olan "Hababam Sınıfı" filmində unudulmaz obraz yaratmış aktyor Münil Özkul filmdə Mahmut hoca rolunu canlandırıb və həmin rolla xatirələrdə iz qoyub.

    alıntı
#11.05.2014 18:11 0 0 0