Namazın rükətlərinin sayını bilmədən artıranda namaz batil olurmu?
Namaz əməllərindən bəzilərinin sayını artırıb-əskildəndə səhv səcdəsi, ehtiyat namazı kimi üsullarla bunu düzəltmək olur.
Amma namaz əməllərindən bəziləri rükn sayılır. Rüknlərin sayını nə qəsdən, nə də bilməyərəkdən artırıb-əskiltmək olmaz.
Rüknlərə rüku və qoşa səcdə də aiddir.
Əgər insan çaşıb bir rükət az və ya çox qılsa (məsələn, sübh və ya zöhr namazını 3 rükət qılır), deməli, bu rüknlərin də sayını artırıb və ya əskildib.
Bu halda qıldığı namaz batil hökmündədir və həmin namazı təzədən qılmalıdır.