Ürək üçün faydalı məsləhətlər

Son güncelleme: 11.05.2014 22:07
  • Ən ucuz dərman
    Bizim bu gün yediklərimiz əcdadlarımızın qidalarından xeyli fərqlidir. Rasionumuzda həddən artıq zəngin yağlar, duz, şəkər çox, meyvə-tərəvəz tərkibində bol olan selüoz isə azdır. Ürək-damar xəstəliklərindən ölüm hallarının kədərli statistikası da bunu sübut edir.
    Əlbəttə, pəhriz qanda xolestirinin səviyyəsini müəyyən etməyin yeganə üsulu deyil. Xolestirinin azaldan preparatlar çoxdur. Amma bu preparatlar ucuz deyil, üstəlik, onlardan ömür boyu istifadə etmək lazım gəlir.
    Bununla yanaşı, qanda xolestirinin səviyyəsini təbii yolla azaltma üsulları mövcuddur. Sübut edilib ki, düzgün qidalanmaqla onu 10-20 % azaltmaq mümkündür.
    Ürəyi ağrıyanlar üçün qeyd kitabçası
    Duz az yeyin, o çox olanda hipertoniya doğurur. Bu isə aterosklerozla birləşərək dəhşətli təhlükənin təməlini qoyur.
    *Əgər şişkinliyə meyillinizsə, sulu xörək, kisel və digər, daxili olmaqla gün ərzində 1-1,2 litrdən çox maye içməyin.

    *Şəkəri azaldın.
    *Yağlı yeməklərdən imtina edin. Xörəyi bitki yağında bişirin. Mayonezi yağsız xama ilə əvəzləyin. Amma xamanı da çox yemək məsləhət deyil.
    *Daha çox müxtəlif sıyıqlara, suda, folqada bişmiş yeməklərə üstünlük verin.
    *Əgər çəkiniz normadan artıqdırsa, ağ çörəyi azaldın, gün ərzində 2-3 falla kifayətlənin.
    *Rafindlaşdırılmış və təmizlənmiş məhsulları təbii ərzaqla əvəz etmək lazımdır. Şəkər rafinadını balla, ağ unu kəpəkli unla, ağ çörəyi qaraçörəklə əvəzləmək lazımdır.
    *Sellüloz və karbohidratlardan daha çox istifadə edin. 5-7 növ meyvə-tərəvəz yemək daha yaxşıdır.

    alıntı
#11.05.2014 22:07 0 0 0