Fındıqlı Kremli Muffin Keksləri

Son güncelleme: 11.05.2014 22:21
  • Tərkibi:

    1 ədəd yumurta
    1 ədəd limon qabığı rəndəsi
    2 çay stəkanı toz şəkər
    1 çay stəkanı əridilmiş marqarin
    1 su stəkanı süd
    2 su stəkanı un
    1 paket vanil
    1 paket qabartma tozu
    Kifayət qədər fındıq kremi

    Hazırlanma qaydası:

    Bir qabın içində yumurtayla şəkəri yaxşıca çırpın.

    Daha sonra içinə ərimiş marqarini və südü əlavə edib qarışdırmağa davam edin.

    Unu, qabartma tozunu və vanili ələyin.

    Unlu qarışığı duru yağla qarışığın içinə boşaldıb qarışdırın.

    Ən son limon qabığı rəndəsini də əlavə edib qarışdırın və xəmiri kağız keks qəliblərinin içinə çox doldurmadan boşaldın.

    Keksləri əvvəlcədən isidilmiş 180 dərəcəli sobada bişirin.

    Kekslər bişdikdən sonra soyumasını gözləyin ardından fındıq kremini içlərinə sıxın.

    Soyuduqdan sonra servis edin.

    Qeyd: Ərinmiş margarinin ilıq olmasına diqqət yetirin.

    alıntı
#11.05.2014 22:21 0 0 0