Dənizə yağış yağır

Son güncelleme: 12.05.2014 00:12
  • Buludlar yorğun yolçu.
    Buludlardan tər axır.
    Dənizə bax, dənizə
    Dənizə yağış yağır.

    Buludların məkri çox.
    Buludlarda xata var.
    Dənizin sinəsində
    Min naxış var, buta var.
    Buludları inəktək
    Ofşarlayıb kim sağır?
    Dənizə bax, dənizə
    Dənizə yağış yağır.

    Dəniz əmir buludu,
    Kamını qoymur sudan.
    Dəniz necə acgözdür,
    Bu dəniz doymur sudan.
    Vecinə də deyil ki,
    Üstündə gurşad çaxır.
    Dənizə bax, dənizə
    Dənizə yağış yağır.

    Dəniz hardan bilsin ki,
    Yeri quraq incidir.
    Onunüçün bu yağış
    Bir kefdir, əyləncədir.
    Buludların günahı
    Keçdiyi dağdan ağır
    Səhralar suya həsrət,
    Dənizə yağış yağır.

    alıntı
#12.05.2014 00:12 0 0 0