Bir ovuc pul verib aldığınız ətirinizi necə qorumanız lazımdır?
Aldığınız ətirləri açdıqdan sonra yaxşı şərtlərdə saxlasaq, qoxuları 6 ay ilə bir il arasında qalar. Yaxşı, qoxunu dərimizdə uzun müddət necə tuta bilərik?
Gün işığı və hava ilə təmas, ətirləri pozan oksidasyonu təmin edən faktorların başında gəlir. Bu səbəblərdən ötəri, ətir şüşəsinin qapağı, istifadə etdikdən sonra möhkəm bir şəkildə bağlanılmalı və ətirin gün işığından qorunması üçün oz kagiz və ya dəmir qutusunda saxlanmalıdır.
Ətirlərin soyuducunda saxlanması ətirinin tarazlığını pozar və qoxusunda dəyişmələrə səbəb olar. Ətir və eau da parfumelərin soyuducunda saxlanmamaları lazımlıdır. Əgər soyudulmuş və təzələyici bir məhsul istifadə etmək istəyirsinizsə aftershave və ya cologne formaları almalısınız. Bu məhsullar soyuducunda da saxlana bilərlər.
Bir ətirin dəriyə tətbiq edilməsindən sonra qoxunun qalıcılığı ortalama 3 saat qədərdir. Yuyunduqdan sonra, dəriyə nəmləndirici yağlayar sürtülmüş və daha sonra ətir tətbiq edilmişsə müddət uzanar. Dəniz səviyyəsindən yüksəklərə çıxdıqca ətirin təsirini itirməsi sürətlənər. Daha isti havalarda və nəmin yüksək olduğu vəziyyətlərdə qalıcılıq artar.
Ətirin saça və saç diblərinə tətbiq olunması da səhvdir. Saçın və saç diblərinin yağlı mühiti, ətirin quruluşunu dəyişdirə bilər və qoxunu poza bilər. Ayrıca ətirinizdəki spirt, saçlı dəriniyin qurumasına səbəb ola bilər.
Ətirinizin qalıcılığını və fəaliyyətini artırmaq istəyirsinizsə, ətirinizi nəbz hiss etdiyiniz dəri nöqtələrinə, boyun, qulaq arxası, biləklər, dirsək içi bölgələrinə tətbiq etməlisiniz.