Mənsiz yaşamağı öyrədim sənə

Son güncelleme:
  • Bir az dinən daşın dilini öyrən,
    Bir az göz yaşının sirrini öyrən,
    Bir az da kədərin yerini öyrən,
    Dərdi daşımağı öyrədim sənə.

    Qaldı uzaqlarda, ünyetməzdə yaz,
    Qalan ömür-günü qar-sazağa yaz!
    Yolların çovğunu, dumanında az,
    Qaya-dağ aşmağı öyrədim sənə.

    Bir arzudan ötrü yollar seçimdə,
    Ulduzlar yox olsun bulud köçündə.
    Uzun gecələrdə güman içində
    Azıb dolaşmağı öyrədim sənə.

    Bu ömür yollara göz dikməkdisə,
    Axırı arzudan əl çəkməkdisə,
    Beləcə yaşamaq bir küsməkdisə,
    Bəlkə barışmağı öyrədim sənə.

    Çox şeyi demədik, qaldı gizlicə,
    Yollar uzaq düşdü buz əriyincə.
    Gedim uzaqlara, gedim bir gecə,
    Mənsiz yaşamağı öyrədim sənə.

    Əfrahim Hüseynli

    alıntı
0 0 0