"Bir bəndənin qəlbində imanla həsəd bir yerde ola bilməz.."
Həsəd başqalarının sahib olduğu maddi və ya mənəvi bir imkanın yox olmasını istəməkdir.. Dilimizdə paxıllıq deyə ifadə edilən həsəd qəlbə aid çox mənfi bir xüsusiyyətdir.. Qurani-Kərim bu mənfi xarakterin fərd və toplumların imanını zədələyə biləcəyini bu şəkildə vurğulamışdır:
“(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. ALLAHın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, ALLAH hər şeyə qadirdir!” (2/109)
Həsədin haram buyurulmasının və pis qarşılanmasının səbəbi, həsəd edənin etirazının və müxtəlif olmasının həqiqətdə ALLAHa qarşı olmasıdır.. Çünki insana hər cür neməti, məqam və rütbəni, üstünlüyü verən ALLAHdır.. O halda bir adamın sahib olduğu nemətlərə qarşı həsəd etmək, paxıllıq etmək ALLAHın iradəsinə müdaxilə etmək mənasına gəlir. Həsədin zərəri də həsəd edəndən başqasına dəyməz.. Çünki iman, qəlbə hüzur və sükunət verdiyi halda, həsəd qəlbin sıxıntıya düşməsinə səbəb olur. Qəlblərini imanla bəzəyən həqiqi möminlərin həsəd kimi mənfi bir xüsusiyyətdən qəlblərini qoruyacağını da söyləmək mümkündür..
"Atəş odunu yandırıb bitirdiyi kimi, həsəd də
yaxşılıqıarı yeyib bitirər.." Peyğəmbərimiz (s.a.v.)