Microsoft Surface Qurğusu

Son güncelleme:

  • CES 2011 sərgisində Microsoft korporasiyası Samsung şirkəti ilə birgə ikinci nəsil
    Microsoft Surface qurğusunu təqdim edib. Bu yeni model Samsung SUR40 adlandırılmışdır.

    Microsoft Surface Qurğusunun Başlıca Göstəriciləri
    Samsung SUR40 Microsoft Surface qurğusu ikinüvəli 2,9 GHz AMD Athlon II X2 prosessoru ilə təchiz edilmiş innovativ kompüter sistemidir.

    Microsoft Surface Qurğusunun Digər Texniki Göstəriciləri:
    DirectX 11 texnologiyasını dəstəkləyən AMD Radeon HD 6700M mobil videokartı;
    40-dyüm sensor displey (Full HD, 1920×1080 piksel);

    Ekranın Özəlliyi
    Qurğunun sensor ekranı PixelSense texnologiyası əsasında hazırlanmışdır.
    Bunun sayəsində qurğu ekran səthinə toxunan barmaq, əl və digər obyektləri tanıya bilir.
    Qeyd edək ki, sistem eyni zamanda 50-yədək toxunmanı qeydə ala bilər.

    Proqram Təminatı
    Qurğu Microsoft Surface proqramı əsasında işləyir. Bu proqram təminatı istifadəçi və ya istifadəçilər qrupunun
    sistemlə qarşılıqlı əlaqəsini nizamlamağa imkan verir. Zəruri olarsa, SDK və bir sıra proqram əlavələri də tətbiq edilə bilər.

    Microsoft Surface Qurğusunun Tətbiq Sahəsi
    Qurğu əsasən kommersiya sferası, pərakəndə satış məntəqələri, tibbi müəssisələr və eləcə də, təhcil ocaqlarında tətbiq üçün nəzərdə tutulub.

    Qalınlığı 4 dyüm (101,6 mm) olan Samsung SUR40 qurğusu üfüqi istiqamətdə düz müstəvi üzərində
    qoyula və ya ayaqları üzərində quraşdırıla bilər. Və ya onu divara da bərkitmək mümkündür.

    Satış Nə Zamandır?
    Samsung SUR40 qurğusu 2011-ci ilin sonlarında 23 ölkədə satışa çıxarılacaq.
    Microsoft Surface qurğusu üçün tövsiyə olunan pərakəndə satış qiyməti isə 7600 dollardır.

    alıntı
0 0 0