Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 7 Ay 29 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Yadına düşəcəyəm
Yadına düşəcəyəm
154
Son güncelleme:
28.05.2014 21:37
SU-PERISI
Sevib, sonra atılanda,
Əldən-ələ satılanda,
Ömrünə qəm qatılanda,
Mən yadına düşəcəyəm.
Yalan eşqlər yorar bir gün,
Ürəyini vurar bir gün.
Bilirəm ki, olar bir gün -
Yadına mən düşəcəyəm.
Gözlərimi anacaqsan,
Gizli-gizli yanacaqsan,
Hər şeyi boş sanacaqsan,
Mən yadına düşəcəyəm.
Gül yanağın büzüləcək,
Köksünə yaş süzüləcək.
Ürəyin hey üzüləcək,
Mən yadına düşəcəyəm.
Taleyin sərt axışında,
Hər izində, naxışında,
Bir sərin yaz yağışında,
Mən yadına düşəcəyəm...
#28.05.2014 21:37
0
0
0
Önceki Konu:
Peyğəmbərimizin nümunə davranışları
Sonraki Konu:
Sevirəm özümdən çox səni
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma