Əlvida Sevgilim

Son güncelleme: 07.06.2014 09:51
  • Şeirler - Azerbaycanca Şeirler - Romantik Şeirler


    Ömür səhifələrin azalır yaman
    Zaman elə ötür etmirsən güman
    Ağardıqca saçın düşün sən bir an
    Həyat, nə vermısən indiyə qədər?
    Verdiyin aldığın hər şeyə dəyər?

    Çəkdiyin əziyyət deyildir yalan
    Düşmən sənə güldü olduqca talan
    Yalan söyləsən də düşünmə yalan
    Şerlər yazırsan mənası nədir?
    Həyatdan küsmüsən, yoxsa nədəndir?

    Bilmədim ki elə bir gün gələcək,
    Həyat məndən, mən həyatdan küsəcəm
    Yaşadıqca əl açıb söyləyəcəm
    Neyləmişəm sənə nədir bu əzab?
    Sənə bir mənəmmi bu qədər uzaq?

    Təzəcə dünyaya göz açan uşaq
    Nə gözəldir nə şirindir ilahi
    Bəs bəxti, bu qədər gözəlmidir o?
    Yoxsa böyüdükcə əzab içrə o,
    Deyəcək neynədim sənə ilahi?

    Həyat çox qəddardı, insanlar quldur
    Zaman çox qısadır, ömür bir sudur
    Yaşadın, ömrünün indi sonudur
    Son sözün həyata nə olacaqdır?
    Əlvida, əlvida, əlvida həyat
    Yaşadım gülmədim
    Sevmədin məni.
    Əlvida gedirəm!
    Ötürmə məni!..
#07.06.2014 09:51 0 0 0