Hansı əməl daha fəzilətlidir

Son güncelleme:
  • Əbu Umamə rəvayət edir ki, o, Allah Elçisindən: “Hansı əməl daha fəzilətlidir?” - deyə soruşduqda, o belə demişdir: “Oruc tut, çünki onun tayı-bərabəri yoxdur”. (ən-Nəsəi, 2222).

    Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “Sizdən birinizin döyüş üçün qalxanı olduğu kimi, oruc da Cəhənnəm odundan qoruyan bir qalxandır”. (İbn Məcə, 1639).

    Peyğəmbər demişdir: “Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”. (əl-Buxari, 2840).

    Allah Elçisi demişdir: “Kimin son əməli orucla bitərsə, Cənnətə daxil olar”.

    Peyğəmbər demişdir: “Cənnətdə Rəyyan adlı bir qapı var, Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək, o gün: “Oruc tutanlar haradadır?”– deyiləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək, onlar içəri daxil olduqdan sonra qapılar bağlanacaq və bundan sonra heç kəs o qapıdan Cənnətə daxil ola bilməyəcək”.
    (əl-Buxari, 1896).


    alıntı
0 0 0