Mən köçüb gedirəm sənsiz dünyadan

Son güncelleme: 23.06.2014 23:23
  • Yanan ocağ kimi sönür həyatım,
    Mənzilə yetməmiş dönür həyatım,
    əzrail qapımı döyür həyatım,
    Çarxı döndəribdi haqqı yaradan,
    Mən köçüb gedirəm sənsiz dünyadan.


    Ağlama mənimçüm üzmə qəlbini,
    Sıxma ürəyini ,süzmə qəlbini,
    ... Sınma çinar kimi əzmə qəddini,
    Həyatın seçilməz ağı qaradan,
    Mən köçüb gedirəm sənsiz dünyadan.


    Dalma xəyallara yalnız quş kimi,
    Vədəsiz köç etmə qaranquş kimi,
    Mənim də talehim bir bayquş kimi,
    Ulayıb seçibdi qəmi aradan,
    Mən köçüb gedirəm sənsiz dünyadan.

    Qəbrimin üstünə gəlmə ,ağlama,
    Kül olmuş cismimdi ruhu dağlama,
    Yaşayan sevgiyə yası saxlama,
    Şəklimi qoruyub nəfəs al ondan,
    Mən köçüb gedirəm sənsiz dünyadan.
#23.06.2014 23:23 0 0 0