Heç kim sən ola bilmir

Son güncelleme:
  • Heç kim sən deyil əzizim.

    Qaranlıq gecələrdə nə cismimi isidən,
    Nə qəlbimi titrədən, bir kimsə yox əzizim.
    Əl açıb küçələrdə, qəmli bir kölgəyəm mən
    Görüşünü dilənən.

    Kimdir sənə bənzəyən, həsrətin də başqadır,
    Xatirən də başqadır, ayrılığın da başqa.
    Hər şeyə dözəcəkdim, onsuz ömür qışdadır,
    Hər şeyə dözə bildim,ayrılığından başqa.


    Heç kim sən ola bilmir, əvəzin yoxmuş məyər.
    Tikanlı məftilmisən yollarımda, yoxsa nə?
    Arxadan atılan daş mütləq topuğa dəyər
    Taleyin atdığı daş niyə dəydi sinəmə?

    alıntı
0 0 0