Dəri üçün orqanik yağlar

Son güncelleme:
  • Badam, ərik və üzüm çəyirdəyi, jojoba, argan kimi dəriyə qulluq yağları dəriyə yaxşı təsir göstərir. Bu yağlar, vitamin baxımından zəngindir.

    Ərik çəyirdəyi və badamın yağında A, B1, E, B2, B6 vitaminləri, arqan yağında təkcə E vitamini var. Qiymətli hesab olunan bu yağlar, dəri üzərində yaşlanma əlamətlərinə, nəm tarazlığının yenidən təmin edilməsinə, dərinin yumşaq və hamar olmasına təsir göstərir. Həmçinin, hüceyrə toxumalarının yenilənməsinə yardımcı olur.

    Çildin dərin təmizlənməsində efir yağları, dəniz duzları və ya otlar ilə hazırlanan buxar vannaları da təsirlidir.

    Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı dəri isə ayda iki dəfə olmaqla təmizlənə bilər. Dərinin buğa verilməsi dərini müxtəlif çirklənmələrdən, sızanaqlardan, ölmüş hüceyrələrdən təmizləyir.

    Bu zaman qan damarlarının genişlənməsi nəticəsində yerli qan dövranının yaxşılaşması, tər və piy vəzilərinin fəaliyyətinin normallaşması, dəridə mübadilə proseslərinin yaxşılaşması baş verir. Nəticədə dəri təmiz, hamar və sağlam olur.

    alıntı
0 0 0