Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 0 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Eşq məzarı
Eşq məzarı
139
Son güncelleme:
17.07.2014 14:54
BiR-DOST
Yenə xatırladıq,yenə baş çəkdik
Eşqimiz dəfn olmuş,məzar üstünə
Baş daşı rəsmində,rəsim görmədik,
Yerinə ölmüş eşq,yazar üstünə,
Ağladıq rəsimsiz baş daşımızdan,
Daş gileylənmədi,daş-qaşımızdan,
Ürəkdə sel olan,göz yaşımızdan
Qanqallar bitmişdi,gülzar üstünə..
Toxunduq adına,rəsmi yox idi
Bizləri ağladan,səs mi,yox idi?
Qanqal təmizləyən,kəs mi,yox idi?
Helə biz yağdırdıq,azar üstünə,
Aşiqin ürəyi,bazara dönər..
Aşiqdən eşq alıb,duyğular verər,
Duyğu almaq üçün,bir də,kim gələr,
Uğursuzluq çökmüş,bazar üstünə,?
Qurtula bilmədik xatirələrdən,
Onlardan qurtulmaq olmaz ki,birdən,
Onlar ömür almış hər ötən ildən,
İlləri tək illər,pozar üstünə,
Hər işi hilədir,"Bəxt qazarının"
Rəsimin yerinə,"Ad yazarının",
Xatirələr üçün,eşq məzarının
Bəxtimiz bir məzar,qazar üstünə,
Məzara baş çəkib,taparaq təmkin,
Yenidən sevməyə,bəsləsək də kin,
Bəxtimiz inan ki,məzarda eşqin,
Doğulmuş yeni eşq,yozar üstünə..
Müəllif : Abdullazadə Orxan
alıntı
#17.07.2014 14:54
0
0
0
Önceki Konu:
Ana
Sonraki Konu:
Məni
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma