Burda hər şey gözəldir,
rəngbərəng şarlarımız var,
bir də gözəl oyuncaqlarımız.
Burada nə dinin, nə dilin fərqi var
anlaya bilirik bir birimizi hamımız.
Yamyaşıl otların üstündə uzanır,
yorulmaq bilmədən qaçırıq, tuturuq,
Xoşbəxtlik qanaddır bizimçün,
sevincdən göylərdə uçuruq.
Burda hər şey gözəldir,
Hamının könlündə mərhəmət,
Hamının könlündə sevgi var.
Nur saçır baxdıqca
üzünə boylanan baxışlar.
Qayğısız, qorxusuz yaşayır,
Mənim tək burada uşaqlar.
Burda hər şey gözəldir,
Nə bomba səsi var, nə alov, nə tüstü,
Yandırmır canını göylərə ucalan zəhərli od, isti.
Hər tərəf gözəllik, doğruluq və saflıq,
Tərifə sığışmaz burada yaşanan uşaqlıq.
Burda hər şey gözəldir,
Soruşdum adını, dedilər “Cənnətdir!”