Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 58 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Esitdim - Elkin Kerimli
Esitdim - Elkin Kerimli
150
Son güncelleme: 22.07.2014 11:48
BiR-DOST
Eşitdim dostlardan məni sormusan,
Bir mesaj yazmağa üzün gəlməyib.
Özgə birisilə ailə qurmusan,
Bir dəfə olsa da üzün gülməyib.
Eşitdim, yamanca peşman olmusan,
Məni terk etdiyin o gündən bəri.
Özgə qollarında tənha qalmısan,
Unuda bilmirsən mənli günləri.
Eşitdim, arada gözlərin dolur,
Mənli xatirələr düşür yadına.
Ürək də, beyin də yadına salır,
Ölməz xatirələr çatır dadına.
Eşitdim, hər sabah məyus olmusan,
Gecələr gündüzdən qoparır səni.
Bu cavan yaşında yaşa dolmusan,
Yuxular uzağa aparır səni.
Eşitdim, üzünü qırışlar basıb,
O mənə etdiyin günahlarındı.
Eşitdim, deyəsən lap ağlın çaşıb,
Hər günah basqa bir sabahlarındı.
Eşitdim, bu şeir keçib əlinə,
Oxuyan gözlərin dolub nədənsə.
Göz yaşın qarışıb qara telinə,
Üzündə güllərin solub nədənsə.
Bilirəm, oxuyub hey ağlayırsan,
Daha istəmirəm ağladım səni.
Bilirəm, rəsmimi qucaqlayırsan,
Rəsmim tək qoruya bilmədin məni !
alıntı
#22.07.2014 11:48
0
0
0
Esitdim - Elkin Kerimli Konusuna Benzer Konular
Kerimli Köyü - Malatya
13.03.2010
Kerimli Köyü Kadirli Osmaniye
05.04.2010
DƏdƏ qorqudun sƏsini eşitdim
12.04.2010
Kerimli Köyü Merkez Kahramanmaraş
13.04.2010
Dini Siyah tema Kuranı Kerimli Tema
27.06.2011
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası