Mənim Anam - Bəxtiyar Vahabzadə

Son güncelleme:
  • Savadsızdır,
    Adını da yaza bilmir
    Mənim anam...
    Ancaq mənə,
    Say öyrədib,
    Ay öyrədib,
    İl öyrədib;
    Ən vacibi:
    Dil öyrədib
    Mənim anam...
    Bu dil ilə tanımışam
    Həm sevinci,
    Həm də qəmi...
    Bu dil ilə yaratmışam
    Hər şeirimi,
    Hər nəğməmi.
    Yox, mən heçəm,
    Mən yalanam,
    Kitab-kitab sözlərimin səvabkarı
    Mənim anam...

    alıntı
0 0 0