Məni məndən başqa sevən yoxdur.
Məni məndən başqa anlayan,duyan,
Mənə məndən başqa yanan yoxdur..
Mən ancaq mən üçün yaranmışam,
Mən təkcə mənlə yaşamışam..
Təkcə mənə bağlanmışam.
Məni təkcə mən ovudub ağladığım zamanlar
Məni təkcə mən cəkib çıxarıb
Uçuruma yuvarlandığım zaman
Qorxuram,yaman qorxuram
Birdən bir gün mən də bezər bəndən.
Çəkib almaq istər ruhu bədəndən
Onda hansı əl saxlaya bilər ki,
Bu canı cəhənnəmdən..!