İmam Əli heç xəstələnməmiş kimi

Son güncelleme:
  • Həzrəti Əli (ə) xəstələnmişdi. Xəstəliyi o qədər artmışdı ki, yerində dayana bilmirdi. Bir çarə tapmaq üçün Peyğəmbər Əfəndimizin (s.a.s) yanına gəlir.

    Əfəndimiz (s.a.s) həzrəti Əlini (ə) bu vəziyyətdə görüncə pərişan olur. Onu oturdaraq o dəqiqə namaza durur. Namazdan sonra paltarının bir hissəsi ilə həzrəti Əlinin (ə) üstünü örtərək buyurur.

    -Ey Əbu Talibin oğlu! Sən şəfa tapdın. Artıq xəstəliyin keçdi. Mən Allahdan özüm üçün nə istədimsə, sənin üçün də onu istədim. Mən Allahdan nə istədimsə, onu mənə verdi. Ancaq mənə:

    "Səndən sonra Peyğəmbər yoxdur" deyildi.

    Həzrəti Əli (ə) bir az sonra yenidən qalxıb Rəsulullahın (s.a.s) namaz və duasının bərəkəti ilə o, sanki heç xəstələnməmiş kimi sapsağlam olur.

    Mənbə: "İbadət həyatımız hədis və hadisələrin dili ilə namaz" kitabı

    alıntı
0 0 0