Vəhabilər şəhidlərimizi təhqir etdilər

Son güncelleme:
  • İlyas Abu Abdur-Rahim Namazov: "Bizi qoruyan Allahdır, o kafirlər yox"

    Avqustun 1-nə keçən gecə erməni silahlılarının Azərbaycan Ordusunun mövqelərinə hücumu nəticəsində 11 şəhid verdik. Hal hazırda istər social şəbəkələrdə, istərsə də virtual aləmdən kənar ölkədə baş verən olayla bağlı gərginlik yaşanır.

    Onu da vurğulayaq ki, social şəbəkələrdə davamlı olaraq həqiqətdən uzaq, dezinformasiya xarakterli məlumatlar da dolaşır. Məsələn, bəziləri Tərtət rayon məscidinə guya, 42 şəhir edilmiş Azərbaycan əsgəri gətirildiyi barədə məlumatlar yayıblar. Bundan əlavə, mətbuatda Ağdam və Qazax istiqamətində durumun ağır olduğu və daha 2 şəhid verdiyimizə dair bilgilər yayımlayıblar.

    Lakin işin ən eybəcər tərəfi Azərbaycanda fəaliyyət göstərən və son dövrlər İraq və Suriya torpaqlarının bir qismində özlərinə dövlət qurmağa çalışan İŞİD-lə həmrəy olan vəhhabilərin şəhidlərimizi təhqir etmələridir. Facebookda özünü İlyas Abu Abdur-Rahim Namazov profile ilə təqdim edən vəhhabi açıq tekstlə ötən gecə cəbhədə şəhid olan əsgərlərimizi təhqir edib. Və onları "kafir" adlandırıb. O iddia edib ki, vətən uğrunda döyüşlərdə ölənlər şəhid deyillər. Həmçinin bunun Quranda heç bir təsbiti olmadığını yazıb.

    Onlar bildiriblər ki, vəhhabilər təfkirçidirlər və özlərindən başqa kimsəni müsəlman saymırlar. Eyni zamanda, onların gətirdikləri "dəlillərin" yalan və iftiradan başqa bir şey olmadığını qeyd edirlər. Onların sözlərinə görə, şəhadət təkcə Allah yolunda ölənlərə şamil deyil. Həmçinin torpaq, vətən, namus uğrunda ölənlərə də aiddir.

    alıntı
0 0 0