Tarix və fəlsəfə üzrə prof. dr. Təyyar Sarıoğlunun apardığı tədqiqatlara əsasən, ürək şəkli hər dövrdə və dünyanın hər yerində eşqin simvolu olub. Onun tədqiqatları zamanı müəyyən edilib ki, eşqini divarlara cızan ilk romatiklər Fransanın şimalında yaşayan Kro-Maqnonlar olub. Son buz dövründən əvvəl (e.ə 10000-8000) yaşamış və ovçuluqla məşğul olan mağara adamları ürəyin yaşam və canlı qalmaq üçn ən önəmli orqan olduğunu kəşf ediblər. Kro-Maqnonlardan qalan mağara şəkillərində bu gün çox çəkilən ürək fiquruna bənzəyən şəkillər var.
Bu fiqurla əlaqəli məlumatlardan biri də e.ə 700-cü ildə Cənubi Afrikada qurulan Kirena dövlətinə aiddir. Kirena bu gün Liviyanın tərkibindədir. Həmin dövrdə Silphium bitkisi orada çox yetişirdi və bu bitkinin sayəsində də dövlət ticarətin mərkəzinə çevrilmişdi.
Bu bitkinin belə geniş yayılmasında səbəb afrodizyak təsirinin olmasında idi. Qadınlar isə bu bitkidən hamiləlik əleyhinə istifadə edirdilər.
Bu bitki o qədər dəyərli idi ki, Kirenanın pullarının üzərində bu bitkinin şəkli həkk edilmişdi.
Qədim Misirdə (e.ə 2500-1000) qəlb ruhun və vicdanın mərkəzi kimi qəbul edilirdi. İnsan öldükdən sonra bütün orqanlarını bədəndən çıxarmalarına baxmayaraq, ürəyə toxunmurdular. Çünki onlar belə düşünürdülər ki, ölümdən sonra ürək ədalət tansırı olan Maata hesabat verirdi.
Qədim yunanlar (e.ə 700-200) ruhun qəlbdə yerləşdiyinə inanırdılar. Ürəyin qan dövranındakı rolunu bilən Aristokrat və Hippokrat onun eyni zamanda hisslərin və düşüncələrin də mərkəzi olduğuna inanırdılar.
Yunanlarda şərab və zövq tanrısı olan Dionisin başındakı yarpaqlardan olan çələngdə də ürək şəkli təsvir edilmişdi. Onlar düşünürdülər ki, ürək zövqlə xoşbəxtlik arasındakı münasibətləri aşkara çıxarır.
Bizim bu gün bildiyimiz simmetrik ürək şəkli isə orta dövrlərdə məşhurlaşmağa başlayıb. 13-cü yüzillikdə qadınların inam və etiqadını qazanmış isveç kralı Maqnuz Ladulas öz qoluna ürək şəklini döymə şəklində çəkdirmişdi.
1400-cü ilə aid edilən “Qəlbin təqdimi” adlı fransız divar xalçasında da kişilərin aşiq olduqları qadınlara ürəklərini vermələri kimi bir səhnə təsvir edilib. Yenə də eyni dövrdə istifadə edilən fal kartlarında da ürək şəkli olan kart yüksək dəyərə sahib olub.
Beləliklə də simmetrik ürək işarəsi bizim dövrümüzə qədər gəlib çıxıb.