Həsrət dolu baxışınla talehimə yol çəkirəm,
Kədər adlı zəhrimarı ciyərimə bol çəkirəm.
Qədərimlə barışıram, itaətə qol çəkirəm..
Bu nə həyat, bu nə zülüm...Bitməz həyat, gəlməz ölüm..
Qınayanlar bu həyatda hansı dərdə şərik oldu? G
ül bağçamda çiçək əkdim, tikan bitdi, qönçəm soldu.
Acılara sinə gərdim, gözümdən çox, bağrım doldu..
Bu nə həyat, bu nə zülüm...Bitməz həyat, gəlməz ölüm....
Gözümdən yaş sel su kimi axan zaman,
Silmədiki bu yaşları bir tək insan, Bəzən bezib bu dərdlərə, etdim üsyan.
Ha çağırdım ha bağırdım, çıxmadiki səsim ünüm,
Bu nə həyat, bu nə zülüm...Bitməz həyat, gəlməz ölüm...
Ufiqlərə can ataraq,dərdlərə şirin dedim.
Günəşimi gözləyirəm, səhərlərdi PIRIM dedim.
Yay günündə qar yagdıran bəxtimə aferim dedim.
Bu nə həyat, bu nə zülüm,Bitməz həyat, gəlməz ölüm.....
Hələ çoxdu bu dünyada, işıq dolu ömür günüm..
Hələ çoxdu bu dünyada, sevgi dolu ömür günüm