Zindan həyat - Bölüm 8

Son güncelleme: 12.08.2014 22:58
  • Əli Lalənin arxasınca baxaraq qalmışdı heç olmasa
    bir dəfə bircə dəfə çevrilib baxaydı ürəyində bunu
    düşünürdükü Lalə üzünü çevirib Əliyə tərəf baxdı
    onunla göz gözə gəldiyi üçün pis oldu
    Lalə:(ürəyində) off Lalə nəyə baxırsan axmaq indi fikirləşəcək ki ona görə baxdım bəs nəyə görə
    baxdım nə isə nəhayətki o uğursuz adamın yanından
    ayrıldım bugün bir bitsə.......
    Əli Lalənin sonuncu dəfə
    baxmasına çox sevinmişdi
    Çingiz: Əli Əli dünyadan Əliyə )))
    Əli: hə nəsə deyirdin ???
    Çingiz:oooo Əli məllim yeni macəraya qədəm qoyuruq
    Deyəsən ..
    Əli: Çingiz Lalə o qız macəra deyil məncə bu başqa
    şeydi
    Çingiz: nədi deməki aşiq olmusan, gəl qardaşım boş verr.... qızlar marşurutda oturmuşdular Gülərlə Lalə bir Nigarsa onlarin arxasında
    Lalə: of Gülü elə yoruldum ki bu gün bircə evə çataq
    Gülər: hə məndə evə çataq tez yataq.. Gülərlə Lalə
    Beləcə söhbət edirdilərki birdən arxadan kimsə
    Gülərin çiyninə toxunaraq Axşamınız xeyir qızlar .... Bu Cəmil idi Cəmil Gülərgilin kənddəki qonşuları həmdə Gülərin sinif yoldaşı idi
    Gülər: aaa Cəmil sən hara bura hara necəsən?
    Cəmil: yaxşıyam siz necəsiz ?
    Gülər: gördüyün kimi
    Cəmil: Lalə sənsən necəsen nesə yorğunsuz deyəsən
    Lalə: hə Cəmil biraz yorğunuq
    Cəmil: bilirsiz mən artıq Bakıdayam burda işdiyəcəm
    Bəlkə nömrəni verəsən hərdən zəngləşib görüşək
    Lalə:(əsəbi) nə ? nə görüşməy ?
    Cəmil: canım görüşməsəydə olar elə belə teldə
    danışarıq
    Lalə: yox Cəmil çox sağol lazım deyil..... Cəmil Laləni
    yayda Gülergilə gələndən görmüşdü o vaxtdan
    əlaqə yaratmaq istiyir ama bunu nə Lalə nə dəki Gülər
    istəmirdi çünki Gülər tanıyırdı Cəmili xoşu gəlmirdi
    Cəmildən ona görə istəmirdi
    Nigar arxadan Cəmili çağıraraq
    Nigar: Cəmil gəl bura onlar nazlı xanımlardı adam
    tapdında danışmağa bununlada bir iki adam
    danışmaq istiyib lap özünü dünya gözəli hesab edir
    deyəsən
    Cəmil: bir iki nəfər kimdi ?
    Nigar: əşi boş ver zarafat eliyirəm məni bilmirsən.....Nigarda Cəmili tanıyırdı bir kənddən idilər
    Həmdəki Nigarın tanımadığı oğlan var idiki kənddə
    Nigar: Cəmil sənə bir yaxşılıq eliyərəm ama aramızda
    qalsa
    Cəmil: aaa o nə deməkdi əlbətdəki şübhən olmasın
    Nigar: Lalıçka telefonunu mənə verdə bayaq Çingizlə çəkdiyimiz şəkilləri köçürtüm
    Lalə: al köçürt sonrada sil
    Nigar: aman siləriy narahat olma! Nigar teli alan kimi
    Cəmilin nömrəsini Lalənin telinə adını Gülü olaraq
    yazmışdı sonrada Cəmilə Lalənin nömrəsini vermişdi
    Cəmil: Niquş bu yaxşılığını heç vaxt unutmayacam
    Nigar: Dəyməz canım sən AllaH təki danışsında bizdə
    rahat edək bunun əlindən bir rahat buraxsın bizi başı
    qarışsın sənə )) baxaa ama biraz nazlı qızdı
    Cəmil: heç narahat olma.... biraz keçmişdi artıq Cəmil
    Düşəcəkdi düşərkəndə
    Cəmil: qızlar yol pulunuzu verirəm düşərsiz
    Nigar: Cəmil xəcalət verirsən yoxsa pul ha ha ha
    Deyərək bir səviyəsiz zarafat etmişdi öz aləmində
    Laləylə Gülərsə çevrilib tərs tərs Nigara
    Baxırdılar... Nigar öz telini çıxarıb şəkilləri köçürtmək istiyirdiki birdə gördü ki aman telefona nə qədər zəng gəlmiş nə qədər mesaj gəlmişdi hamısıda Azaddan Nigar Çingizin yanında teli səssizə qoymuşduki
    Birdən Azad zəng vurar ama bu qədər gözdəmirdi
    Nigar mesajlari açdıqca dəhşətə gəlirdi Azad hər
    mesajda ağzina gələni yazmışdı
    Nigar: qızlar bura baxıne Azad gör nə qədər mesaj yazıb dəli olub əməlli başlı
    Lalə: mən sənə demişdim ama
    Nigar: onu demisən Lalə bildik indi deyin görüm
    neyniyim hə budur yenə zəng eliyir
    Lalə: aç məncə daha çox dəli olmasın
    Gülər: məncədə aç danış....Nigar teli açıb danışmağa
    başlıyır
    Nigar: alo Azad
    Azad: zəhrimar Azad hardasan?
    Nigar: mən,mən şeydəyəm ee
    Azad: evdəyəm demə çünki evinizin qabağındayam
    2saat olar ki burdayam evin işıqları yanmır hardasan
    dedim tez cavab ver Nigar onunla görüşə getmişdin
    hə cavab ver
    Nigar: yox görüşe getməmişdim Azad bir dəyqə
    Mənə qulaq as sən indi get evinizə sabah görüşüb
    danışarıq yaxşı canim
    Azad: ay qız sən dolamısan məni uşaq başı
    bişirirsən orda Çingizin qucağəndan qopa bilmirdin
    hə Nigar səni öldürəcəm tez ol yerini de bax mənə söhbəti fırlatma yerini de
    Nigar: Azad mən heç kimlə görüşməmişəm
    yoldayam indi evə gəlirəm marşurutdayam
    Azad: hansı marşurutdasan de gəlim götürüm səni
    danişaq qorxma heçnə eləmiyəcəm prosta
    danışaq.... Nigar artıq başqa çıxış yolu olmadığını görüb məcburən marşurutun nömrəsini deyir Azad marşurutdan düşüb onu gözləməsini deyir və teliqoyur
    Gülər: nə oldu Nigar rəngin ağardı
    Lalə: Nigar özünə gəl
    Nigar: qızlar o məni götürməyə gəlir öldürəcək məni qorxuram mən
    Gülər: nə dedi axı de görək
    Nigar: dediki gəlirəm səni götürüm danışaq
    Lalə: ayqız danışaq deyibdə danışarsan səndə
    Nigar: Lalə məzələnmə mənnən diyirəm sənə ki
    havalanıb qışqıra qışqıra danışırdı teldə qızlar nolar məni tək qoymuyun sizdə mənnən gəlin nolarrr
    Lalə: yox Nigar bizi qatma öz işini özün həll et həmdə
    belə zibil işini
    Gülər: Nigar incimə ama
    Nigar: qızlar yalvarıram sizə məni tək qoymuyun
    Öldürəcək deyirəm sizə... Laləylə Gülər məsələnin həqiqətən ciddi olduğunu görürlər Nigara yazıqları gəlir razılaşırlar. marşurutdan düşən astanovkada
    Azadı gözdüyürlür və budur Azad maşını çox sürətli
    şəkildə gəlib Nigar gilin yanında saxlıyır Nigar artıq
    qorxudan əsirdi... ama öz etdiyinin cəzası idi bu...


    alıntı
#12.08.2014 22:58 0 0 0