Piylənmənin müalicəsinin əsasını səmərəli hipokalorili qidalanma təşkil edir.
Dietaya əməl etmək məsləhəti bir qayda olaraq müvəffəqiyyət gətirmir, belə ki, xəstələr tərəfindən bu qısa müddətli hal kimi qəbul olunur.
Əgər xəstələri öz qida vərdişlərini kəskin dəyişməyə məcbur etsək, onlar belə məsləhətlərə pis əməl edəcəklər, narazılıq və narahatçılıq hiss edəcəklər və son nəticədə yenidən çəkilərini artıracaqlar. Müvəqqəti olaraq müəyyən ərzaqların istifadəsinin məhdudlaşdırılması yox, qida xüsusiyyətlərinin və qida vərdişlərinin tədricən uzun müddətli dəyişdirilməsi məsləhət görülür. Enerjinin daxil olmasının azalmasına aşağıdaki hallarda nail olmaq olar:
-Sutkalıq rasionun kaloriliyinin azaldılması
-Yağların işlədilməsinin azaldılması
-Alkaqolun istifadəsinin azaldılması
Sutkalıq rasionun kaloriliyi fərdi olaraq bədən çəkisini, yaşı, cinsi, fiziki aktivliyin dərəcəsini nəzərə alaraq hesablanır.
Məsləhət görülür:
-Sutkalıq rasionun kaloriliyinin 20% azaldılması (orta hesabla 500-1000 kkal), lakin sutkalıq kalori 1200 kkal-dən az olmamaq şərti ilə.
-Yağların istifadəsini 30% azaltmaq. -Sutka ərzində müntəzəm qida qəbulu: 3 əsas və 2 əlavə.
-Qidanın əsas komponetləri daxil olan balanslaşdırılmış qidalanma: zülallar 15 %, yağlar 30%-dən az , karbohidratlar 55-60%-sutkalıq kalorinin bölüşdürülməsi belə olmalıdır.
Yağlar rasionun ən kalorili tərkib hissədir: 1qr yağda 9 kkal vardır.Tədqiqatlar göstərib ki, bədən çəkisi ilə istifadə olanan yağlar arasında bir başa əlaqə vardır.Ona görə də qidada yağların məhdudlaşdırılması, orqanizmə kalorinin daxil olmasını azaldır və beləliklə çəkinin aşağı düşməsinə gətirib çıxarır.Qidanın əsasını çətin mənimsənilən karbohidratlar təşkil etməlidir-kəpəkli undan hazırlanmış çörək, yarmalar, makaron məmulatları, tərəvəzlər, meyvələr.
Xəstənin qidalanmasının analizindən başlamaq lazımdır və ona məsləhət görmək lazımdır ki, bir həftə ərzində o bütün yediyi ərzaqları və qəbul etdiyi mayeləri qidalanma gündəliyinə yazsın. Qidalanma gündəliyi pasiyentə və həkimə kömək edir:
-xəstənin qidalanma rasionunu analiz etməyə, real yeyilmiş qidanın miqdarı, qidalanmanın sayları və artıq qida qəbulunu əmələ gətirən situassiyaları öyrənməyə. -Qidalanmaya şüurlu münasibətin formalaşmasına
-Çəkinin artmasına gətirib çıxaran qidalanma pozğunluqlarının ayıd edilməsinə
-Lazım olan dəyişiklərin təyin edilməsinə
-Çəkini azaltmaq üçün qida rasionunun qəbul edilməsi, gələcəkdə isə artıq yeməyə gətirib çıxaran situassiyalardan qurtulmağa
-Fərdi qida rasionunun düzgün planlaşdırılması.
Qidalanma başlanğıc sutkalıq rasionun kaloriliyinin 500-1000kkal defsiti ilə seçilir ki, bu da bədən çəkisinin həftədə 0,5 kq azalmasına nail olmaq üçündür.
Əgər sizin xəstəniz səmərəli qidalanma qaydaları ilə tanışdırsa, onda onun öyrənməsi cəmisi bir neçə gün tələb edər. Əgər bu onun üçün yeni sahədirsə, onda müalicə həkimi və dietoloq pasiyentə öz qidalanmasını planlaşdırmağı ona göstərməlidir. Yaxşı olar ki, hər bir xəstə heç olmasa bir həftə müddətində qidalanma gündəliyi doldursun.Qidalanma gündəliyi çox effektiv qayda olub, həkimə və pasiyentə qidalanmaya nəzarət və özü-özünə nəzarətini həyata keçirtməyə imkan verir.
Qoy hər bir pasiyent özünün şəxsi sağlam qidalanma stilini hazırlasın!